Müəllif haqqında

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Harun Yəhya təxəllüsü ilə kitablarını yazır. Həyatını tamamilə Uca Allah’ın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi atatürkçülüyü yayıb dövlətin sabitliyini və millətin bütövlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. Universitet illərindən başlayaraq həyatının hər dövründə bu müqəddəs məqsədə xidmət etmiş və heç bir zaman çətinliklər qarşısında qorxmamışdır. Bu gün belə böyük bir səbir və qətiyyət göstərərək, materialist, darvinist və bölücü mərkəzlərdən gələn bütün təzyiqlərə qarşı fikri mübarizəsini davam etdirir.

Davamı

İslam yüksəlir

Son iyirmi ildir ki, dünyada müsəlmanların sayında daimi artış müşahidə olunur. 1973-cü ilin statistik nəticələrinə görə, dünyada müsəlman əhalinin sayı 500 milyon olduğu halda, bu gün bu rəqəm 1,5 milyarda yaxınlaşmışdır. Hər dörd nəfərdən birinin müsəlman olduğu bugünkü gündə, müsəlmanların sayının tarixdə ilk dəfə olaraq xristianların sayını keçdiyi bildirilir.(1) Müsəlman əhalinin sayının yaxın gələcəkdə daha da artacağı və İslamın dünyanın ən böyük dininə çevriləcəyi təxmin edilir.

Davamı

Avropa və İslam

İslam Avropanın ikinci ən böyük dinidir

Bütün dünyada olduğu kimi, Avropada da İslam sürətlə yüksəlir və bu yüksəliş xüsusilə bir neçə ildir ki, daha çox diqqət çəkir. Son illərdə “Avropada İslamın yüksəlişi”, “müsəlmanların Avropadakı mövqeyi”, “Avropa cəmiyyətləri və müsəlmanlar arasındakı dialoq” kimi təməl başlıqlar altında toplana biləcək bir çox tezis, araşdırma və məqalə nəşr olunmuşdur. Alimlər tərəfindən hazırlanılan bu nəşrlərlə yanaşı, media da, İslam və müsəlmanlar mövzusunu olduqca sıx ələ almışdır. Şübhəsiz ki, bu marağın təməlində müsəlmanların sayının getdikcə artması dayanır.

İslamın Avropadakı tarixi

Avropa ilə İslam mədəniyyətləri, bir-biriylə yaxın əlaqədə olmuş iki mədəniyyətdir. Əvvəlcə Pireney yarımadasında yaradılmış Əndəlüs dövləti, daha sonra Səlib yürüşləri və Osmanlının Balkan yarımadasını fəth etməsi, Avropa və İslam cəmiyyətləri arasında nizamlı qarşılıqlı təsirə səbəb olmuşdur. Orta əsrlər tarixinə basdırılmış Avropadakı inkişaf və irəliləmə hərəkatlarının əsl liderinin İslamiyyət olduğu bu gün bir çox tarixçi və sosioloq tərəfindən də dilə gətirilir. Tibb, astronomiya, riyaziyyat kimi sahələrdə Avropanın olduqca geri qaldığının bilindiyi dövrlərdə müsəlmanların geniş məlumat xəzinəsinə və inkişaf etmiş imkanlara sahib olduqları bilinir.

Avropalı dövlət adamları və İslam

İslamla xristianlıq arasında hər hansı qarşıdurmadan söhbət gedə bilməyəcəyi və İslamla terrorizmin qətiyyən bir-birinə uyğun gəlmədiyi Avropalı liderlərin də əhəmiyyətlə üzərində dayandıqları mövzudur. Eynilə ABŞ-da olduğu kimi, Avropa ölkələrinin bir çoxunda da dövlət adamları və qabaqcıl siyasətçilər, İslamı tərifləyən mesajlar verir və Quran əxlaqına göstərdikləri marağı dilə gətirirlər. Bu siyasətçilərin başında İngiltərənin baş naziri Toni Bler (Tony Blair) gəlir.

İslam, Rusiya və Çində də güclənir

Rusiyada müsəlmanlar

90-cı illərin əvvəlində kommunist rejimin tarixə qarışması nəticəsində Rusiyada yeni bir dövr başladı. Kommunist rejim illər boyu materialist fəlsəfəyə əsaslanan cəmiyyət yaratmışdı. İnsanı yalnız maddədən ibarət varlıq hesab edən materialist fəlsəfə, insan şüurunun da hərəkət halındakı maddənin məhsulu olduğu iddia edirdi. Bu iddiaya görə, insanın ağlı, düşüncə və duyğuları, mühakiməsi, meylləri, istəkləri, bir növ maşın olan bədəninin içindəki kimyəvi reaksiyaların bir nəticəsi idi.

Qırmızı Çində İslam

Buraya qədər Rusiyada kommunizmdən sonra dinə və İslama yönəlişin gücləndiyini ələ aldıq. Kommunizmin son qalalarından biri olan Çində isə, vəziyyət bir qədər fərqlidir. Burada da İslam yüksəlir, lakin Maonun Qırmızı ideologiyası davam etdiyi üçün, dinə qarşı aparılan mübarizə sürətlə davam edir. Din xadimləri hələ də həbs olunub işgəncəyə uğradılır, ibadət yerləri bağlanılır, insanların ibadət və inanc azadlığın qarşısı alınır.

Hər üç ilahi din də ortaq inanclara və əxlaqi dəyərlərə malikdir. Allahın varlığına və vahidliyinə, mələklərinə, peyğəmbərlərinə, axirət gününə, cənnət və cəhənnəmin varlığına iman etmək hər üç dinin də təməl şərtlərindəndir.

Davamı

Saytın əvvəlində də ifadə etdiyimiz kimi, dünya artıq yeni bir dövrə daxil olmuşdur. Bu dövr İslami dəyərlərin yüksəldiyi, dolayısilə müsəlman ölkələrin gündəmdə olacağı bir dövr olacaq. Uzun müddətdir ki, Qərb və İslam mədəniyyəti arasında qurulmağa çalışılan dialoq, 11 sentyabr hücumlarından sonra artıq bir zərurətə çevrilmişdir.

Davamı

Bu sayt boyunca, əvvəlcə son 30 ildə elm və fəlsəfə sahələrində ateizmin böyük tənəzzül keçirdiyini, bütün dünyada Allaha olan inancın gücləndiyini və dinin yüksəldiyini araşdırdıq. Sonra da dinin yüksəlişində ən mühüm rolu İslamın oynadığını gördük ...

Davamı

© 2017 Design Studio 313 | Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.